Fransa kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

Futbolinfo.az xəbər verir ki, son gündə 2 oyun baş tutub.

“Brest” “Dunkerk”ə uduzaraq mübarizəni dayandırıb. PSJ isə “Brioşen”lə qarşılaşmada darmadağınla mərhələ adlayıb.

Daha öncə “Anje” və “Kann” da növbəti mərhələyə yüksəlmişdilər.

Yarımfinal cütləri püşklə müəyyənləşəcək.

Fransa kuboku
1/4 final

26 fevral

Brest – Dunkerk 2:3
Qollar: Laqe, 45. B.Yussuf, 59-öz qapısına – Sasso, 65. Sanqante, 80; 84.

Brioşen – PSJ 0:7
Qollar: J.Neves, 16. Q.Ramos, 36; 48; 58. Due, 55. Mayulu, 66. Dembele, 85.

Shares: