Bu gün Azərbaycan kubokunda ilk yarımfinalçılar müəyyənləşəcək.
Futbolinfo.az xəbər verir ki, ilk gündə iki cavab görüşü baş tutacaq.
Öncə “Qarabağ” “Səbail”i qəbul edəcək. Bu komandalar arasındakı ilk oyunda Ağdam klubu qalib gəlib.
Digər oyun Sumqayıtda keçiriləcək. “Sumqayıt” ilk oyunda qolsuz bərabərliyə razılaşdığı “Sabah”ı qəbul edəcək.
Azərbaycan Kuboku
1/4 finalın cavab oyunları
27 fevral
“Qarabağ” – “Səbail”
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Kamran Əliyev.
Tofiq Bəhramov adına Respublika Stadionu, 16:00.
İlk oyun: 1:0.
“Sumqayıt” – “Sabah”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Cabbarov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30.
İlk oyun: 0:0.