Belarus millisinin futbolçusu Nikita Korzun zədələnib.

Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçi dizindəki problemlərdən əziyyət çəkir.

“Yelimay” klubunun 29 yaşlı oyunçusu bu səbəbdən Belarus çempionatının startını buraxmalı olacaq. Korzun həmçinin Belarus millisinin martdakı təlim-məşq toplanışında da yer almayacaq. O, Tacikistan və Azərbaycan millisinə qarşı yoldaşlıq görüşlərinə çağırılmayacaq.

Qeyd edək ki, Azərbaycan və Belarus yığmaları arasında oyun martın 25-də Bakıda keçiriləcək.

Shares: