Peşəkar Futbol Liqası (PFL) bəyanat yayıb.

Futbolinfo.az xəbər verir ki, qurum qeyri-sabit hava şəraiti ilə bağlı oyunların təxirə salınması ehtimalı ilə bağlı məlumat verib.

Bildirilib ki, hazırkı durumda matçların baş tutması üçün heç bir maneə yoxdur: “Bildiyiniz kimi, bu gün Azərbaycan Kubokunda,1-ci Liqa, 2-ci Liqa və Əvəzedicilər liqasında oyunların keçirilməsi nəzərdə tutulub. Ölkə ərazisində bir neçə gündür davam edən qeyri-sabit hava şəraiti müəyyən problemlərin yaşanmasına yol açıb. Peşəkar Futbol Liqasının bayrağı altında keçirilən bütün yarışlarda ümumi vəziyyət nəzarət altındadır. Oyunların keçiriləcəyi stadionlar qardan təmizlənir, klublar qırmızı toplarla təmin olunur. Oyunlarla bağlı hər hansı bir təxirəsalma olarsa, bu barədə Peşəkar Futbol Liqası tərəfindən rəsmi açıqlama veriləcək”.

Qeyd edək ki, bu gün Azərbaycan Kubokunda 1/4 final mərhələsinin iki cavab oyunu keçiriləcək.

P.S.: PFL bəyanatında matçların baş tutması üçün heç bir maneə olmadığını bildirsə də, qurumun saytında artıq “Mingəçevir” – “Difai” görüşünün ertələndiyini açıqlayıb.

Shares: