10 gündən sonra UFC-nin mötəbər döyüş gecəsi keçiriləcək. Həmin gecənin hadisəsi Den Hukerlə Castin Geyci arasında döyüş olmalıydı.

Ancaq Yeni Zelandiyadan olan Den Huker məşq zamanı əlindən zədə alıb. UFC 313 gecəsində onu həmyerlimiz Rafael Fiziyev əvəz edəcək.

UFC-nin mətbuat xidmətindən verilən məlumata görə, 31 yaşlı azərbaycanlı martın 9-da baş tutacaq turnirin əsas döyüşündə Den Hukeri əvəzləməyə razılıq verib.

Shares: