Formula 1 üzrə dünya çempionatının mətbuat xidməti sosial şəbəkə hesablarında yeni mövsümdə iştirak edəcək pilotların ümumi fotosunu dərc edib. Qeyd edək ki, bu, Formula 1-də ənənə halını alıb.
2025 mövsümündə Formula 1 komandalarının tərkibi belədir:
1. McLaren – Lando Norris və Oskar Piastri
2. Ferrari – Şarl Lekler və Lyuis Həmilton
3. Red Bull – Maks Ferstappen və Liam Louson
4. Mercedes – Corc Rassel və Andrea Kimi Antonelli
5. Aston Martin – Fernando Alonso və Lens Stroll
6. Alpine – Pier Qasli və Cek Duen
7. Haas – Esteban Okon və Oliver Berman
8. Racing Bulls – Yuki Tsunoda və İsak Həcər
9. Williams – Aleksander Albon və Karlos Sayns
10. Kick-Sauber – Niko Hülkenberq və Qabriel Bortoleto
Xatıraladaq ki, hazırda Bəhreyndə mövsümöncəsi sınaqlar keçirilir.