Polşanın “Radomiak” klubunun baş məşqçisi Juau Enrikesin futbolinfo.az saytına müsahibəsi

– Komandaya yanvar ayında baş məşqçisi təyin olunmusunuz. Azərbaycan yığmasının üzvü Rahil Məmmədov da rəhbərliyiniz altında oynayır. Onun çıxışı sizi qane edir?

– Bu günə qədər Rahil Məmmədovun çıxışından raızyam. O, həqiqətən çox peşəkar oyunçudur. Çox yaxşı potensialı var. Rahilin çıxışı əlbəttə ki, bizi qane edir.

– Sizcə, Azərbaycan yığmasının müdafiəçisi komandanıza lazım olan faydanı verir?

– Hər kəs burada “Radomiak”ın uğurları üçün çalışır. Rahil də onlardan biridir. Əlbəttə ki, fayda verir.

– Heyətinizə daha bir azərbaycanlı oyunçu qatdınız. Renat Dadaşov necə diqqətinizi çəkdi?

– Dadaşov yaxşı potensiala malik başqa bir oyunçudur və o, uğur yolunda bizə kömək etməyə gəlib. Təbii ki, biz onu bəyənirik. İndi burada olmasının səbəbi də budur.

– Onu nə vaxtdan izləyirsiniz?

– Mən onu çoxdan tanıyıram.

– Sizcə, Renat Polşa çempionatında qollar vura biləcək?

– Biz ondan yaxşı çıxış gözləyirik. Düşünürəm ki, yaxşı performansın qarşılığında qollar da gələcək.

FƏRİD

Shares: