İngiltərə Premyer Liqasının dünən keçirilən oyununda “Nottingem Forest”lə qarşılaşmada “Arsenal” yenə də qol vura bilməyib. London təmsilçisi ötən tur da rəqib qapısına yol tapa bilməmişdi.

Bununla bağlı komandanın baş məşqçisi Mikel Arteta media mənsublarına açıqlama verib.

“PSV ilə oyuna bir neçə  gün qalıb. Aşağı blokla müdafiə olunan komandalara qarşı taktikanı nəzərdən keçirməliyik. Əgər çox qapanmayıb açıq futbol oynasalar belə, mən başqa fikirdə olacağam. Bilirəm ki, bizə forvard çatmır. Belə komandalara qarşı oynamağın müxtəlif variantları var. Çalışıb ən optimalını tapacağıq”, – deyə ispaniyalı mütəxəssis qeyd edib.

Xatırladaq ki, fevralın 4-də “Arsenal” Eyndhoven şəhərində PSV-yə qarşı  oynayacaq.

Shares: