Qış fasiləsində “Qarabağ”dan Olavio Juninyonu alan “Flamenqo” heyətini gücləndirməkdə davam edir.

Futbolinfo.az xəbər verir ki, heyətində Guillermo Varela, Gerson, Danilo, Everton və Aleks Sandro kimi tanınmış futbolçuları olan Braziliya klubu daha bir ulduz oyunçu ilə anlaşmaq üzrədir.

Klub rəhbərliyi “Arsenal”ın yarımmüdafiəçisi Jorjinyo ilə danışıqların son mərhələsindədir. Transferin bu həftə ərzində rəsmiləşməsi gözlənilir.

Qeyd edək ki, “Qarabağ” Juninyonun satışından 5 milyon avro qazanıb.

Shares: