Misli Premyer Liqasında 25-ci turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, bu gün daha 2 oyun baş tutacaq.

Əvvəlcə “Turan Tovuz” avrokuboklara vəsiqə uğrunda əsas rəqiblərindən olan “Zirə”ni qəbul edəcək.

Digər oyun isə “Sabah”la “Araz-Naxçıvan” arasında keçiriləcək.

Daha öncə “Səbail” evdə “Şamaxı”ya, “Sumqayıt” isə “Qarabağ”a oxşar hesabla (0:2) məğlub olub. “Kəpəz” – “Neftçi” matçı sabah keçiriləcək.

Misli Premyer Liqası
25-ci tur

4 mart

“Turan Tovuz” – “Zirə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev.
Tovuz şəhər stadionu, 17:30.

“Sabah” – “Araz-Naxçıvan”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamranbəy Rəhimov.
“Bank Respublika Arena”, 19:30.

Shares: