“Milan”ın qapıçısı Mayk Menyan cəzalanıb. O, növbəti turda komandasına kömək edə bilməyəcək.

Futbolinfo.az xəbər verir ki, Fransa yığmasının üzvünün bir oyunluq diskvalifikasiyasının səbəbi İtaliya A Seriyasının son turunda başverənlərdir. O, “Latsio” ilə matçdan sonra paltardəyişmə otağına gedərkən hakimlərin ünvanına xoşagəlməz ifadələr işlədib.

Xatırladaq ki, oyun “Latsio”nun 2:1 hesablı qələbəsi ilə bitib. Hakim son saniyələrdə “Milan”ın qapısına penalti təyin etmişdi və romalılar qələbə qolunu vurmuşdu.

Shares: