Misli Premyer Liqasında 25-ci turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, ikinci oyun gününün sonuncu görüşü Masazırda baş tutub.
Burada “Sabah” “Araz-Naxçıvan”la münasibətlərinə aydınlıq gətirib. Dörd qolluq oyunda qalib müəyyənləşməyib.
Bu turun sonuncu matçı olan “Kəpəz” – “Neftçi” görüşü sabah keçiriləcək.
Misli Premyer Liqası
25-ci tur
4 mart
“Sabah” – “Araz-Naxçıvan” 2:2
Qollar: Xəyal Əliyev, 7. Sofian Çakla, 64 – Bernardo Dias, 11. Ülvi İsgəndərov, 73.
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamranbəy Rəhimov.
“Bank Respublika Arena”, 19:30.
Sabah: 92. Stas Pokatilov, 9. Anatoli Nuriyev, 2. Amin Seydiyev (k), 5. Rəhman Daşdəmirov, 88. Xəyal Əliyev, 20. Coy Lens Mikels, 4. Sofian Çakla, 70. Jesse Sekidika, 3. Con İrasabal, 13. İvan Lepinitsa, 33. Umarali Rahmonaliyev.
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 55. Nicat Mehbalıyev, 17. Tellur Mütəllimov, 77. Şakir Seyidov, 15. Seymur Məmmədov, 32. Elgün Dünyamalıyev, 7. Boyan Letiç, 40. İqor Noqeyra, 11. Kahim Parris, 12. Vensan Till, 99. Neqoş Kupusoviç.
Baş məşqçi: Vasili Berezutski.
Araz-Naxçıvan: 12. Kristian Avram, 5. Qara Qarayev, 34. Ürfan Abbasov (k), 2. Slavik Alxasov, 7. Ülvi İsgəndərov, 29. Vanderson Melo, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 4. İqor Ribeyro, 97. Felipe Santos, 10. Bernardo Dias.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 3. Bəxtiyar Həsənalızadə, 6. Vadim Abdullayev, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 11. Bayraməli Qurbanov, 71. Sənan Ağalarov, 21. Sezar Meza Kolli, 8. Karlos Jatoba, 9. Əyyub Allaş.
Baş məşqçi: Elmar Baxşıyev.