“Napoli” futbolçusu Matias Olivera ilə müqavilə müddətini uzadıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

27 yaşlı müdafiəçi 2030-cu ilə qədər A Seriyası komandasının şərəfini qoruyacaq.

Olivera 2022-ci ildən “Napoli”də çıxış edir. O, bu müddət ərzində 90 oyunda 3 qol vurub.

Shares: