“İnter”in müdafiəçisi Federiko Dimarko zədələnib.

Futbolinfo.az xəbər verir ki, o, A seriyasının “Napoli” ilə son matçında (1:1) sıradan çıxıb.

Müdafiəçi təxminən üç həftə yaşıl meydanlardan kənarda qalacaq.

Klubunun yaydığı açıqlamada yaxın günlərdə futbolçunun yenidən tibbi müayinədən keçəcəyi bildirilib.

Dimarko bu mövsüm 34 matçda 4 qol vurub və 7 məhsuldar ötürmə verib.

Shares: