“Kəpəz”in qapıçısı Rojerio Santosun futbolinfo.az saytına müsahibəsi
– Azərbaycan Kubokunun ¼ finalında “Neftçi”yə uduzub mübarizəni dayandırdız. Onlara qarşı keçirdiyiniz oyunlar barədə nə deyə bilərsiz?
– Hər oyunda qalib gəlmək istəyirik. Amma bilirik ki, əsas məqsəd çempionatda qalmaqdır. Ona görə də əsas diqqətimiz buradadır.
– Yenidən “Neftçi”yə qarşı oynayacaqsız. Revanş ala biləcəksiz?
– Biz “Neftçi”ni bir dəfə çempionatda məğlub etmişik. Yenə də qalib gəlmək üçün hər şeyi edəcəyik.
– Liqada qalmaq uğrunda əsas rəqiblərinizdən “Səbail”i ötən gün uduzdu. Bu, sizi xoşbəxt edir?
– Mən başqa komandalara baxmağı xoşlamıram. Sadəcə, öz işimizi görməyə motivasiya oluram. Məqsədimiz keçirdiyimiz matçlarda xallar qazanmaqdır.
– Premyer Liqada qalacaqsız?
– Düşünürəm ki, qalacağıq.
– Qarşıda “Neftçi”, daha sonra liqada qalmaq üçün daha bir əsas rəqibiniz “Sumqayıt”la oyun var. Bu matçlarda neçə xala ümid edirsiz?
– Hər ikisi vacibdir və hər ikisində qalib gəlmək üçün əlimizdən gələni edəcəyik.
– “Sumqayıt” 11 oyundur ki, qol vura bilmir. Onlar “Kəpəz”lə matçda “quru” seriyaya son qoymağı düşünürlər. Rəqibin bu istəyinə mane ola biləcəksən?
– Mən hər oyunda əlimdən gələni edirəm. Həmişə qol buraxmamağa çalışıram, baxmayaraq ki, bəzən bu mümkün olmur.
FƏRİD