“Şamaxı”nın müdafiəçisi Vladislav Veremeyevin futbolinfo.az saytına müsahibəsi

– Misli Premyer Liqasının 25-ci turunda “Səbail” üzərində qələbəni necə şərh edərdiz?

– Bu matçda qalib gəlmək bizim üçün vacib idi və bunu bacardıq. Hamımız bir komanda kimi oynadıq. Ona görə də nəticədən və necə oynadığımızdan razıyıq.

– Bu qalibiyyət turnir cədvəlində sizi nisbətən rahatlaşdırdı. Qələbənin davamı gələcək?

– Hər şey yeni başlayır. Qarşıda bizi çox gözəl oyunlar gözləyir. Baxacağıq. Çox maraqlı olacaq.

– Sonuncu pillə ilə xal fərqi 6-ya çatdı. Demək olar ki, “Şamaxı” Premyer Liqada qalmaq yolunda böyük addım atdı?

– Əlbəttə. Ancaq hələ çox uzun yolumuz var.

– Növbəti tur evdə “Sabah”la oynayacaqsız. Bu ağır matçdan qalib ayrıla biləcəksiz?

– Onu deyə bilərəm ki, “Sabah” yaxşı komandadır. Maraqlı qarşılaşma olacaq. Dəstək aldığımız azarkeşlərimizi ruhdan salmamaq üçün əlimizdən gələni edəcəyik.

– Bundan sonra ardıcıl 4 tur avrokubok iddiasında olan komandalara qarşı oynayacaqsız. Sizin üçün çətin qrafik deyil? Neçə xala ümid edirsiz?

– Cədvəl bizi qorxutmur. Hər oyuna sonuncu oyunumuz kimi yanaşırıq. Biz hər rəqibə hörmət edirik, amma heç kimdən qorxmuruq.

AĞA

Shares: