“Los-Anceles Leykers”in ulduz forvardı Lebron Ceyms MBA tarixində yeni rekorda imza atıb.

40 yaşlı basketbolçu “Nyu-Orleans Pelikans”la qarşılaşmada bu tarixi nailiyyəti qazanmağa imkan əldə edib. Onun oyundakı ilk 3 xalı karyerasında 50 000-ci olub. Bu da MBA tarixində ilk belə bir nəticədir. Lebron bu xalları həm müntəzəm, həm də pley-off oyunlarında toplayıb.

Qeyd edək ki, bu rəqəmə çatdıqda Lebronun 40 yaşından iki ay ötür.

Shares: