“Şamaxı” məni israrla istəyirdi. Ən əsası, baş məşqçi Ayxan Abbasov mənimlə danışdı və istəyini bildirdi. Düşündüm ki, yaxşı liqadır və burada oynamaq əlverişli olar. Ona görə də “Şamaxı”ya keçdim”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Andrey Tirkoveanu deyib.

28 yaşlı yarımmüdafiəçi “Səbail” üzərində 2:0 hesablı qələbə və komandanın hazırkı durumu ilə bağlı da fikirlərini bölüşüb. Onun sözlərinə görə, ötən tur “Turan Tovuz”a şanssızlıq nəticəsində məğlub olsalar da, komanda yaxşı oynayır və irəliləməyə qadirdir: “Bizim üçün vacib qarşılaşma idi. Görüşün çətin keçəcəyini bilirdik. Oyunun əvvəllərində rəqib topa sahiblənmədə üstün idi. Daha sonra təzyiq etməyə başladıq və nəticədə qol gəldi. Hazırda olduğumuz yer üçün əsəbi və ya gərgin deyiləm. Düşünürəm ki, yaxşı oynayırıq. Daha yaxşı oynayıb yaxşı nəticələr qazanacağıq. İnanıram ki, turnir cədvəlindəki yerimizi yaxşılaşdıracağıq”.

Rumın futbolçu komandaya tez uyğunlaşdığını və mübarizə aparmaq üçün gəldiyini də vurğulayıb: “Mübarizə aparmaq və komandama faydalı olmaq üçün buradayam. Komanda yoldaşlarım məni çox isti qarşıladılar. Çox yaxşı uyğunlaşdım. Artıq burada dostlarım da var. Bundan sonra da əlimdən gələni edəcəyəm”.

GÜNAY SÜLEYMANOVA

Shares: