Azərbaycan millisinin sabiq futbolçusu Abdulla Abatsiyev Moskvada həbs olunub.

Futbolinfo.az xəbər verir ki, bu barədə Rusiyanın “Sport Baza” teleqram kanalında yazılıb.

31 yaşlı sabiq yarımmüdafiəçi fırıldaqçı dəstədə kuryer rolunu oynamaqda ittiham olunur. Həmin dəstə 79 yaşlı təqaüdçünü aldadaraq 14 milyon rublu (265 min 188 manat) onlara verməyə inandırıb.

Qeyd edək ki, Abdulla Abatsiyev Azərbaycan millisinin heyətində 1 oyun keçirib. O, 2014-cü ilin mayında ABŞ-la yoldaşlıq görüşündə (0:2) iştirak edib.

04f61724 4108 425b b171 376b2a79a904 - Futbolinfo.az

Fotoda 24 nömrəli futbolçu Abatsiyevdir

Shares: