Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün 14-cü turun oyunları keçiriləcək.
Futbolinfo.az xəbər verir ki, MOİK “Azərreyl”lə, “Murov Az Terminal” “Xilasedici” ilə, “Neftçi” isə “Gənclər”lə üz-üzə gələcək.
Qeyd edək ki, hər üç oyun Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində gerçəkləşəcək.
14:00. MOİK – “Azərreyl”
16:00. “Murov Az Terminal” – “Xilasedici”
18:00. “Neftçi” – “Gənclər”