Alfonso Devis “Bayern”də qaldığı üçün xoşbəxtdir. Uzun müddət “Real”la danışıq aparan, sonda Münhen klubu ilə yayda bitəcək müqaviləsinin müddətini uzadan kanadalı imza bonusu kimi 25 milyon avro alıb.

Sol cinah müdafiəçisi qərarını belə izah edib: “Yeni müqaviləyə görə çox xoşbəxtəm. Müzakirələr uzun çəkdi, amma sonda hər şey yoluna düşdü. Önümüzdəki 5 ildə buradayam, bəlkə davamı da oldu”.

Xatırladaq ki, 24 yaşlı Liberiya əsilli oyunçu 2019-cu ildən Almaniya nəhəngində çıxış edir.

Shares: