“Yuventus” Pyer Kalulunu heyətində saxlamağa qərar verib. Bu barədə klubun idman direktoru Kristiano Cuntoli məlumat verib.

Futbolinfo.az xəbər verir ki, turinlilər “Milan”a məxsus olan müdafiəçinin müqaviləsində nəzərdə tutulan satınalma bəndini aktivləşdirəcək. Belədə “rossonyerlər” oyunçusunu 14 milyon avro qarşılığında buraxmalı olacaq. Cari mövsüm üçün 3,5 milyon avro icarə haqqı almış “Milan”, oyunçunun növbəti satışından 10 faiz və bonus kimi əlavə 3 milyon avro əldə edəcək.

24 yaşlı fransalının “Milan”la müqaviləsi 2027-ci ilin yayında başa çatır. O, 2020-ci ildə Lion “Olimpik”indən 1,4 milyon avroya transfer edilmiş, ötən yay turinlilərə icarəyə verilmişdi.

Shares: