Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyunlar keçirilib.

Futbolinfo.az xəbər verir ki, bu gün GİN-in Voleybol Mərkəzində 14-cü turun üç qarşılaşması baş tutub.

Günün ilk oyununda “Azərreyl” MOİK komandasına 3:0 hesabı ilə qalib gəlib.

Daha sonra “Murov Az Terminal” və “Xilasedici” klubları üz-üzə gəliblər. Gərginliyi ilə yadda qalan bu qarşılaşmada qalib tay-brekdə müəyyən olunub. “Xilasedici” 3:2 hesabı ilə qalib gəlib.

Turun son oyunu isə “Neftçi” və “Gənclər” komandaları arasında olub. “Neftçi” gənclərdən təşkil olunmuş rəqibinin ciddi müqaviməti ilə üzləşməsinə baxmayaraq, meydandan 3:1 hesabı ilə qalib ayrılıb.

MOİK – “Azərreyl” 0:3 (19:25, 11:25, 19:25)

“Murov Az Terminal” – “Xilasedici” 2:3 (24:26, 25:19, 21:25, 25:17, 13:15)

“Neftçi” – “Gənclər” 3:1 (25:18, 25:15, 23:25, 25:22)

Shares: