Albaniyada ölkə çempionatının 28-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” evdə Tirana “Dinamo”su ilə qarşılaşıb.
Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Əliyev 90+7-ci dəqiqədə əvəzlənib.
Hazırda “Eqnatiya” 52 xalla liderliyini davam etdirir.