MBA-da bu gecə çempionatın 8 oyunu baş tutub.
Ceyms Hardenin 50 xalı sayəsində “Los Anceles Klippers” 5 oyunluq məğlubiyyət seriyasını qırıb. Kaliforniyalılar evdə “Detroyt Pistons”a 123:115 hesabı ilə qalib gəliblər.
Nikola Yokiçin dabl-dablı isə “Denver Naggets”ə “Sakramento Kinqs”i məğlub etməyə şərait yaradıb – 116:110.
Digər oyunların nəticələri belədir:
Boston Seltiks – Portlend Treyl Bleyzers 128:118
Şarlott Hornets – Minnesota Timbervolves 110:125
Vaşinqton Vizards – Yuta Caz 125:122
Klivlend Kavalers – Mayami Hit 112:107
Miluoki Buks – Dallas Maveriks 137:107
Memfis Qrizlis – Oklahoma Siti Tander 103:120
Gecənin diqqət çəkən məqamlarından biri də Yannis Antetokumbonun karyerasında 20 min xala çatması olub.