Basketbol üzrə Avroliqa turnirində 28-ci tura start verilib. Gün ərzində cəmi bir qarşılaşma baş tutub.
Fransa paytaxtında “Paris” “Monako”nu qəbul edib. Oyunun ilk iki periodu bərabər mübarizə şəraitində keçib. Lakin 3-cü periodda qonaqlar ciddi fərq yarada biliblər. Bu da görüşün taleyini həll edib. Nəticədə qonaqlar 91:79 hesabı ilə qələbə qazanıblar.
Oyunun ən məhsuldar basketbolçusu Cordan Loydla Daniel Tays olublar. Onların aktivində 21 xal var.
Bu qələbə “Monako”nun çempionatda 17-ci uğuru olub. “Paris” isə 16 qələbədə qalıb.