“Sabah”ın müdafiəçisi Con İrasabalın futbolinfo.az saytına müsahibəsi
– Premyer Liqanın 25-ci turunda “Araz-Naxçıvan”la matçda qələbə qazana bilmədiniz. Səbəb nə idi?
– Çətin oyun oldu, çünki “Araz-Naxçıvan” çox yaxşı komandadır. Hücumameyilli oyunçuları yaxşı pressinq edirdilər. Amma istənilən halda biz topa daha çox sahib olmalı və meydanboyu hərəkət etdirərək daha çox hücumlar yaratmalıyıq.
– İki dəfə hesabda önə keçsəniz də, üstünlüyü qorumağı bacarmadınız.
– Onlardan daha çox şans yaratdıq. Lakin rəqib cərimə meydançasının kənarından iki zərbə ilə qollar vurdu. Fikrimcə, rəqibə bu imkanı yaratmamalı və yaxşı müdafiə olunmalı idik.
– Son 3 turda 3 heç-heçə var, qələbəniz yoxdur. Bunu necə nəticə sayırsan?
– Pis nəticədir. Elə bir vəziyyətdəyik ki, bəzən daha çox riskə geməliyik. Bunun sayəsində qələbələr qazanmalıyıq.
– Avrokuboklara vəsiqə qazanmaq mümkün görünür?
– Vəsiqə qazanmaq üçün seçimlərimiz, şanslarımız qalır. Ona görə də son ana qədər, son maçta qədər bunu əldə etmək üçün israr edəcəyik.
– Azərbaycan Kubokunun yarımfinalında “Neftçi” ilə qarşılaşacaqsız. Sizi finalda görəcəyik?
– Bəli, məqsədimiz də budur. Hər iki komanda üçün kubok vacibdir və finala vəsiqə qazanmaq çox əhəmiyyətlidir. Çətin duellər olacaq.
CAVAD