Məhkəmə Avstriyanın “Red Bull” komandasının rəhbəri Kristian Hornerin əməkdaşlardan birinə qarşı nalayiq davranışının araşdırılması ilə bağlı Britaniya mətbuatında hadisələrin işıqlandırılmasını qadağan edən qərar qəbul edib. Bu barədə Niderlandın “De Telegraaf” nəşri məlumat yayıb.
Əldə olunan məlumata görə, artıq bir neçə KİV bu qadağanın əleyhinə çıxış edib.
Keçən il “Red Bull” komanda rəhbərinə qarşı daxili araşdırma apararaq onun günahsız olduğunu aşkarlamışdı. Mənbənin sözlərinə görə, bundan sonra işin əmək məhkəməsində davam etdirilməsi planlaşdırılır. Onun ilk iclası 2026-cı ilin yanvarında olmalıdır.