“Opta” superkompüteri Çempionlar Liqasının 1/8 final mərhələsində ilk oyunları başa çatdıqdan sonra komandaların növbəti raunda yüksəlmək şanslarını qiymətləndirib.
Beləliklə, 1/4 finala çıxmaq şansı ən çox “Arsenal”dadır. Londonluların şansı 100% göstərilir. İngiltərə klubuna 1:7 hesabı ilə məğlub olan PSV-nin isə şansı yoxdur (0%).
Çempionlar Liqasının 2024/2025 mövsümündə komandaların 1/4 finala yüksəlmək şansları belədir:
1. Arsenal – 100%.
2. İnter – 96,8%.
3. Bayern – 95%.
4. Aston Villa – 93,6%.
5. Barselona – 88,6%.
6. Liverpul – 84,6%.
7. Real Madrid – 72,5%.
8. Lill – 62%.
9. Borussiya Dortmund – 38%.
10. Atletiko Madrid – 27,5%.
11. PSJ – 15,4%.
12. Benfika – 11,4%.
13. Brügge – 6,4%.
14. Bayer – 5%.
15. Feyenoord – 3,2%.
16. PSV – 0%.