Milli Basketbol Assosasiyasında bu gün keçirilən oyunlardan sonra pley-off mərhələsinə vəsiqə qazanan ilk komanda bəlli olub. “Klivlend Kavalers” “Mayami Hit”ə qalib gəlməklə rəsmən pley-offun iştirakçısına çevrilib.

Bu qələbə “Kavalers” üçün çempionatda 52-cidir. Komanda cəmi 10 oyunda məğlub olub. Klivlend təmsilçisi hazırda Şərq konfransının lideridir.

Əlavə edək ki, konfransda 7-ci pillədə Mayami komandası qərarlaşıb. Məhz bu məğlubiyyət onların nəzəri cəhətdən “Kavalers”i keçmək şansını heçə endirib.

Shares: