“Şamaxı”dakı yaxşı oyunu ilə diqqət çəkən Brahim Konate yeni mövsümə başqa komandada başlayacaq. Çoxlu təklif alan fransalı yarımmüdafiəçini düşərgədə saxlamaq bölgə təmsilçisi üçün çətindir.

Futbolinfo.az xəbər verir ki, “Zirə”nin israrla istədiyi Mali əsilli oyunçunun Azərbaycanı tərk etməsi daha realdır. Kipr klublarından biri ona “Şamaxı”da qazandığının 3 misli qədər maaş təklif edib. Konate seçimini dəqiqləşdirməyib, lakin yayda klubunu dəyişəcəyi istisna deyil.

İspaniya, Litva və İsrail klublarında oynamış “Oser” yetirməsi bu mövsümün əvvəlindən Şamaxıdadır. 28 yaşlı yarımmüdafiəçi ölkəmizə gələnədək yarım il klubsuz qalmışdı.

Shares: