Kürdəmirin Atakişili kənd tam orta məktəbində voleybol üzrə rayon turniri keçirilib.
Rayon üzrə gənclər və idman sektoru və Kürdəmir təhsil sektorunun təşkilatçılığı ilə 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə oğlanlar arasında tədbirin təşkilində əsas məqsəd Bədən Tərbiyəsi və İdman Günü”nün qeyd edilməsi, əhali, xüsusən də uşaq və gənclər arasında idmana marağın artırılması, sağlam həyat tərzinin təbliğidir.
Sonda yarışda ilk üç yerdə qərar tutan komandalar müəyyənləşib:
I yer. T.İslamov adına Dəyirmanlı kənd tam orta məktəbi
II yer. M.Əzimov adına Atakişili kənd tam orta məktəbi
III yer. V.Sarıyev adına Şüşün kənd tam orta məktəbi
Qaliblər Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi tərəfindən təsis edilən kubok, diplom və medallarla təltif olunublar.
BƏHRUZ MUSAYEV