Mingəçevir Dövlət Universitetinin idman zalında Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi tərəfindən 5 Mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunan şəhər turniri keçirilib.

Futzal yarışı ali, orta ixtisas və peşə məktəblərinin, Mingəçevir UGİŞM-in tələbələri arasında reallaşıb. Birincilikdə 10 komanda qalib adı uğrunda mübarizə aparıb.

Maraqlı idman mübarizəsi şəraitində keçən görüşlərin sonunda ilk üç yerdə qərar tutan komandaların adına aydınlıq gəlib:

I yer. Mingəçevir Dövlət Universitetinin komandası

II yer. Mingəçevir Turizm Kollecinin komandası

III yer. Mingəçevir Peşə Məktəbinin komandası

Qaliblər Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi tərəfindən təsis edilən kubok, diplom və medallarla təltif olunublar.

Shares: