“Bayern”in futbolçusu Harri Keyn ardıcıl üç mövsümdə 30-dan çox qol vurur.

Futbolinfo.az xəbər verir ki, 31 yaşlı hücumçu son olaraq “Bayer”ə qalib gəldikləri (3:0) Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk matçında dubla imza atıb.

Cari mövsüm 34 matçda meydanda olan ingiltərəli forvard qollarının sayını 31-ə çatdırıb. Keyn 2022/2023 mövsümündə İngiltərənin “Tottenhem” klubunda 49 qarşılaşmada 32, ötən mövsümdə isə 45 görüşdə 44 dəfə fərqlənib.

Almaniya klubları arasında cavab oyunu martın 11-də keçiriləcək.

Shares: