Josua Kimmix gələcək taleyi barədə qərar verməyə hazırlaşır. Almaniya millisinin yarımmüdafiəçisi özü bu barədə danışıb.

Futbolinfo.az xəbər verir ki, mövsümün sonunda “Bayern”lə müqaviləsi bitəcək Kimmix təkliflərdən birini dəyərləndirmək niyyətindədir: “Tezliklə yığma komandaların oyunları olacaq. Həmin vaxtadək qərarımı verəcəm. Müzakirələr gedir, amma hələlik gizli qalması lazımdır”.

“Real”, “Barselona” və “Arsenal”la danışıq apardığı deyilən Josua 2015-ci ildən Münhen klubunda forma geyir. 30 yaşlı yarımmüdafiəçi “Ştutqart”dan transfer olunmuşdu. Onun “Bayer”nlə yeni müqavilə imzalması da mümkündür.

Shares: