Lautaro Martines “İnter”də qalmaq istəyir. Bu barədə argentinalı hücumçu özü danışıb.

Futbolinfo.az xəbər verir ki, dünən Çempionlar Liqasında vurduğu qolla İtaliya klubunun bu turnirdəki ən yaxşı bombardirinə çevrilən forvard deyib: “Milanda qalmaqdan məmnun olaram. Karyeramı “İnter”də bitirmək istəyirəm. Bu klubu sevirəm və hər gün özümü daha yaxşı hiss edirəm. Ötən yay bir çox klubdan daha sərfəli təklif almağıma rəğmən, “İnter”lə müqaviləmin müddətini uzatdım. Ən doğru qərarımı vermişəm”.

27 yaşlı hücumçu 2018-ci ildən “İnter”də çıxış edir. Avropada başqa klubda oynamayan Lautaronun milanlılarla müqavləsi 2029-cu ilin yayınadəkdir.

Shares: