Serbiyanın “Srvena Zvezda” klubu cərimə edilib. Bu cərimə Avroliqa turnirində Litvanın “Jalgiris” komandası ilə oyun zamanı baş verən hadisəyə görə təyin edilib.

Xatırladaq ki, Belqradda keçirilən qarşılaşmada serb komandasının azarkeşləri rusların sevimli “Katyuşa” mahnısını oxuyaraq Rusiyaya dəstəklərini nümayiş etdirmiş, bununla da Pribaltika təmsilçisini qıcıqlandırmışdılar. Həmçinin, tribunalarda Rusiya bayraqları da asılmışdı.

Əlavə edək ki, oyun 86:80 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatmışdı. Avroliqa rəhbərliyi hadisələri araşdıraraq Serbiya klubunu 10 min avro dəyərində cərimə edib.

Shares: