“Karvan” daha bir futbolçunu heyətinə qatıb. Premyer Liqaya vəsiqə qazanmağı hədəfləyən yevlaxlılar I Liqada mövsümün həlledici anında legioner transferinə ehtiyac duyub.

Yevlaxlılar özbəkistanlı müdafiəçi Behzod Kholikulovu düşərgəsinə cəlb edib. O, mövsümün sonunadək “ağ-qaralar”ın formasını geyinəcək.

Karyerasında ilk dəfə legioner həyatı yaşayacaq Behzod son olaraq ölkəsinin “Soqdiana” klubunun formasını geyinib.

39d08407 9dcd 4fa0 973b f1a5f75300e6 - Futbolinfo.az
Shares: