“Qəbələ” və “Zirə”nin sabiq futbolçusu Klesio Bauk yenidən komandasını dəyişib.
Futbolinfo.az xəbər verir ki, Mozambik millisinin yarımmüdafiəçisi karyerasını ölkəsində davam etdirəcək. Belə ki, 30 yaşlı hücumameyilli oyunçu “Black Bulls” klubu ilə anlaşıb. O, son Mozambik çempionu ilə rəsmi müqavilə imzalayıb.
Qeyd edək ki, Klesio Bauk 2019-20 və 2024-cü ildə “Qəbələ”nin, 2020-21 mövsümündə isə “Zirə”nin formasını geyinib.