“Mançester Yunayted” Avropa Liqasının 1/8 finalının ilk oyunları çərçivəsində “Real Sosyedad”la heç-heçə edib – 1:1.
Futbolinfo.az xəbər verir ki, bu, “qırmızı şeytanlar”ın cari mövsüm Avropa Liqasında 9-cu görüşü olub.
Komanda bu matçların heç birində uduzmayıb. “Mançester Yunayted” 2024/25 mövsümündə Avroliqada yenilməyən yeganə komandadır. Eyni zamanda Çempionlar Liqasında da belə göstəriciyə malik olan – cari mövsümdə heç bir matçında uduzmayan klub yoxdur. “Mançester Yunayted” bu 9 oyunun 5-də qalib gəlib, 4-də isə heç-heçə edib.
“Mançester Yunayted”in “Real Sosyedad”la cavab oyunu martın 13-də keçiriləcək. Görüş İngiltərədəki “Old Trafford” stadionunda oynanılacaq.