Avropa Liqası və Konfrans Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından sonra UEFA reytinqi yenilənib.
Futbolinfo.az xəbər verir ki, keçirilən 16 matçdan sonra bəzi yerdəyişmələr olub.
Avrokuboklarda təmsilçisi qalmayan Azərbaycan 2 pillə geriləyib. Belə ki, Sloveniya və Bolqarıstan ölkəmizi qabaqlayıb. Polşa isə İsveçrəni ötüb.
Ölkəmiz hazırda 19,625 xalla 30-cu pillədə qərarlaşır.
Qeyd edək ki, reytinqə 107,910 xalla İngiltərə başçılıq edir.Qeyd edək ki, reytinq cədvəlinə İngiltərə (107,910) başçılıq edir.