Basketbol üzrə Avroliqa turnirində 28-ci turun 4 oyunu baş tutub.
Keçən ilin finalçıları – “Panatinaikos”la Madrid “Real”ı Afinada qarşılaşıblar. Oyun meydan sahiblərinin inamlı qələbəsi ilə başa çatıb – 85:70. Görüşdə ən çox xalı yunan komandasında Kendrik Nan, qonaqlarda isə Mario Hezonya toplayıb. Hər ikisinin aktivində 18 xal var.
“Fənərbağça” da inamlı qələbə ilə diqqət çəkib. İstanbul təmsilçisi Milanda “Olimpiya”nı 100:76 hesabı ilə məğlubiyyətə uğradıb.
“Bayern” “Srvena Zvezda”nı darmadağın edib – 100:82. Ən gərgin qarşılaşma İspaniyada baş tutub. “Baskoniya” son saniyələrdə “Jalgiris”in müqavimətini qırmağı bacarıb – 66:65.