Milli Basketbol Assosasiyasında 6 oyun baş tutub.
“Los-Anceles Leykers” overtaymda “Nyu-York Niks”ə qalib gəlməyi bacarıb – 113:109. Meydan sahiblərinin yeni oyunçusu Luka Donçiçin aktivində dabl-dabl var. Sloveniyalı müdafiəçi görüşü 32 xal, 7 ribaund və 12 asistlə tamamlayıb. Qonaq komandanın ulduzu Ceylen Braun isə 39 xal, 4 ribaund və 10 asistlə oynayıb.
Stiv Karrinin 40 xal topladığı matçda “Qolden Steyt Vorriors” səfərdə “Bruklin Nets”ə 121:119 hesabı ilə qalib gəlib. “Hyuston Rokets” səfərdə “Nyu-Orleans Pelikans”dan üstün olub – 109:97. Alperen Şengün komandasında ən çox xal toplayıb. O, görüşü 22 xal 6 ribaund və 8 asistlə tamamlayıb.
Digər 3 oyunun nəticəsi belədir:
Orlando Mecik – Çikaqo Bullz 123:125
Boston Seltiks – Filadelfiya Siksers 123:105
Atlanta Houks – İndiana Peysers 124:118