Səudiyyə Ərəbistanının Əyləncə Baş İdarəsinin sədri Turki Əl Əş-Şeyx sosial şəbəkədəki səhifəsində yeni paylaşım edib və abunəçilərinə təzə şəkil nümayiş etdirib. Turki Milli Basketbol Assosiasiyasının dördqat çempionu Şakil O’Nillə tanış olduğunu göstərib.

“Qardaşım, əfsanə Şakil O’Nil ilə. Birlikdə çoxlu sürprizlər olacaq”, – deyə Əl Əş-Şeyx şəklin altına yazıb.

Qeyd edək ki, Turki və UFC prezidenti Dana Vayt boks promouter şirkətinin yaradıldığını elan ediblər. Təşkilatın ilk tədbiri 2026-cı ildə baş tutacaq. Liqanın adı hələlik açıqlanmayıb.

5155f5dd 5ab6 4646 9409 abb44ddffffc - Futbolinfo.az
Shares: