Azərbaycanı təmsil edən məşhur MMA döyüşçüsü Rafael Fiziyev və amerikalı Castin Getci qarşıdurma öncəsi göz-gözə gəliblər.

Xatırladaq ki, Fiziyev və Getci Las-Veqasda UFC 313 turnirində döyüşəcəklər. Tədbir Bakı vaxtı ilə martın 8-dən 9-na keçən gecə baş tutacaq. Bu, hər iki döyüşçü üçün revanş olacaq. Getci və Fiziev arasında ilk döyüş 2023-cü ilin martında UFC 286 turnirində baş tutmuş və üç raunddan sonra amerikalının qələbəsi ilə başa çatmışdı.

Fiziyev 2023-cü ilin sentyabrında qayıdaraq polyak Mateuş Qamrotla döyüşüb, lakin bu dəfə də dizindən aldığı zədə səbəbindən görüşü yarımçıq başa vurmuşdu.

Shares: