“Kəpəz”in futbolçusu Trent Buhagiar Malta millisinə dəvət alıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

Yarımmüdafiəçi DÇ-2026-nın seçmə mərhələsinin oyunları üçün yığmasına çağırılıb.

Malta kollektivi G qrupunda martın 21-də evdə Finlandiya, 24-də isə səfərdə Polşa ilə qarşılaşacaq.

Shares: