Randal Kolo Muani “Yuventus”da qalmaq istəyir. Turin klubunda icarə əsasında oynayan hücumçu birdəfəlik transferinəleyhinə deyil.
Futbolinfo.az xəbər verir ki, PSJ-nin baş məşqçisi Luis Enrikenin planlarına daxil olmadığı üçün qışda İtaliya təmsilçisinə 6 aylıq icarəyə gönrədilən Fransa millisinin üzvü qərar verməyə tələsmir: “Paris səhifəsi hələ qapanmayıb, PSJ ilə davam edən müqaviləm var. Amma “Yuventus”dakı durumumdan məmnunam. Qarşılıqlı anlaşma olarsa, burada qalmağın əleyhinə deyiləm. Çətin dövrümdə turnlilər mənə qapı açdı, baş məşqçi Tyaqo Motta məni inandırdı”.
26 yaşlı hücumçunun PSJ ilə müqaviləsi 2028-ci ilin yayına qədərdir. “Yuventus” Konqo əsilli hücumçunu almaq istəsə, bazarlıq etməlidir. Hazırda transfer dəyəri 30 milyon avro olan hücumçunu parislilər 2 il öncə “Ayntraxt”dan 95 milyon ödəyərək heyətinə qatmışdı.