AFFA İntizam Komitəsi növbəti iclasını keçirib.
Futbolinfo.az xəbər verir ki, komitə Misli Premyer Liqasının 25-ci turunun cəmi 1 oyununa görə cəza kəsib.
Belə ki, “Turan Tovuz” – “Zirə” oyununda birincilərin azarkeşləri tərəfindən meydana kənar əşya atılıb. Bu səbəbdən “Turan Tovuz” 800 manat cərimələnib.