“Bayern” yarımmüdafiəçisi Coşua Kimmixlə yeni müqavilə ilə bağlı şifahi razılığa gəlib. Bu barədə tanınmış insayder Florian Plettenberq məlumat yayıb.
Mənbənin sözlərinə görə, müqavilə 2029-cu ilə qədər qüvvədə olacaq.
Kimmix PSJ-yə keçmək variantını nəzərdən keçirsə də, alman futbolçu əsas diqqətini Münhen klubu ilə yeni müqaviləyə yönəldib. Coşuanın tezliklə yeni sözləşməni imzalaması gözlənilir.
Almaniya Bundesliqasının cari mövsümündə 30 yaşlı Kimmix 23 oyuna çıxıb, 1 qol vurub və 6 məhsuldar ötürmə edib. Yarımmüdafiəçi Çempionlar Liqasında 11 oyunda 5 məhsuldar ötürmə ilə diqqət çəkib.