“Mançester Yunayted”də növbəti istefa reallaşa bilər. Erik ten Haqı əvəzləyən Ruben Amorimin ingilis klubunu böhrandan çıxara bilməməsi rəhbərliyin səbrini daşırıb.
Futbolinfo.az xəbər verir ki, “Barselona”dan ayrıldıqdan sonra işsiz qalan Xavi Ernandesin Premyer Liqaya yollanmaq ehtimalı hər keçən gün artır. İspan çalışdırıcı xəbərlərə reaksiya verməsə də, İngiltərə mətbuatı artıq tərəflər arasında müəyyən müzakirələrin getdiyini yazır.
Yazılanlara innsaq, Xavi komandanın gücləndirilməs üçün ilkn məsləhətlərin də verib. O, öncə heyətin “təmizlənməsini” lazım bilir. Belə ki, çalışdırıcı Andre Onana, Matis de Liqt və Alexandro Qarnaçonun satılmasının, onların daha yaxşı oyunçularla əvəzlənməsini istəyir.
Amorim qarşıdakı günlərdə komandanın oyununda irəliləyişə nail olmasa, ən geci yayda istefaya göndəriləcək. Belədə istirahəti bitirmək niyyətində olan Xavinin təyinatı rəsmiləşəcək.